BAKI, 25 aprel. TELEQRAF

Bu ilin birinci rübündə Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 399,1 milyon manat sığorta haqqı yığılıb.

Teleqraf xəbər verir ki, bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 7 faiz çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 164,029 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 7 faiz çoxdur.