BAKI, 25 aprel. TELEQRAF
Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə uzunmüddətli səmərəli tərəfdaşlıq böyük əhəmiyyət kəsb edir.
Teleqraf xəbər verir ki, bu açıqlamanı Azərbaycan Mərkəzi Bank sədrinin birinci müavini Əliyar Məmmədyarov Vaşinqtonda keçirilən Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Yaz Toplantıları çərçivəsində Azərbaycanın da daxil olduğu Seçki Qrupunun iclasında çıxışı zamanı bildirib.
Mərkəzi Bank rəsmisi toplantıda çıxışı zamanı ölkənin makroiqtisadi göstəriciləri və maliyyə sektorunun inkişaf trendləri barədə məlumatı diqqətə çatdırıb.
Toplantıda Seçki Qrupuna üzv ölkələrin dövlət və hökumət rəsmiləri, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun rəhbər şəxsləri, həmçinin beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak edib. Tədbir çərçivəsində üzv ölkələr arasında maraq kəsb edən mövzular, qlobal və regional çağırışlar, eləcə də inkişaf perspektivləri müzakirə olunub.