BAKI, 25 aprel. TELEQRAF

“Premier Kredit Bank olmayan kredit təşkilatı” MMC-nin lisenziyası ləğv edilib.

Teleqraf xəbər verir ki, lisenziya könüllü əsaslarla ləğv edilib.

“Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 25.4-cü maddəsinə əsasən, bank olmayan kredit təşkilatı lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən olunmuş qaydada ləğv edilir.