BAKI, 24 aprel. TELEQRAF
Martda Avropa İttifaqı (Aİ) ölkələrində havaların soyuması və bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının aşağı olaması, illik müqayisədə qaz istehlakının 5,2% artmasına səbəb olub. Eyni zamanda, Rusiyanın Ukrayna ərazisindən qaz tranzitinin dayandırılması nəticəsində ilin əvvəlindən Aİ-yə boru kəməri ilə qazı idxalı azalıb.
Teleqraf Qaz İxrac edən Ölkələr Forumunun (GECF) hesabatına istinadla xəbər verir ki, ümumilikdə, bu ilin birinci rübündə Aİ-də ümumi qaz istehlakı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% artaraq 113 milyard kubmetr təşkil edib:
"Bu artım ilk növbədə enerji və mənzil sektorunda istehlakın artması hesabına baş verib. Bundan əlavə, günəş və külək istehsalının aşağı payı elektrik şəbəkəsini sabitləşdirmək üçün qazla işləyən elektrik stansiyalarına daha çox etibar etməyə səbəb olub. Qazın qiymətinin sabitləşməsi hesabına sənaye üzrə qaz istehlakı da artıb.
O cümlədən, Almaniyada martda qaza tələbat 8,2% artaraq 8 milyard kubmetrə çatıb. İtaliyada - 15% artaraq 6,5 milyard, Fransada - 0,6% artaraq 3,3 milyard, İspaniyada - 6,2% artaraq 2,6 milyard, Böyük Britaniya qaz istehlakını 0,8% artıraraq 6 milyard kubmetrə çatdırıb.
Martda Aİ-yə boru kəməri ilə qaz tədartükü 12,5 milyard kubmetr təşkil edib. Bu rəqəm fevral ayı ilə müqayisədə 11% yüksək, lakin əvvəlki ilə nisbətən 11% azdır. Ümumilikdə, yanvar-mart aylarında Aİ-yə boru kəməri tədarükü 10% azalaraq 36 milyard kubmetr təşkil edib. Azalma Ukrayna ərazisindən Rusiya qazının tranzitinin dayandırılması, eləcə də Norveçdən tədarükün azalması ilə əlaqədar olub.
Çində fevralda ümumi qaz istehlakı 4,5% azalaraq 33,7 milyard kubmetr olub.