BAKI, 24 aprel. TELEQRAF
Bu ilin birinci rübündə Türkiyə Azərbaycandan 24 min 20.61 ton xam neft idxal edib.
Teleqraf xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 4,7 dəfə azdır.
2024-cü ilin birinci rübündə Türkiyə Azərbaycandan 114 min 20.80 ton xam neft idxal etmişdi.
Azərbaycan bu ilin birinci rübündə 3 milyard 336 milyon 653.50 min dollar dəyərində 6 milyon 11 min 561.25 ton xam neft ixrac edib.