BAKI, 24 aprel. TELEQRAF
Azərbaycan bu ilin yanvar-fevral aylarında 579.66 min dollar dəyərində 817.3 ton kivi idxal edib.
Teleqraf xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı hesabata görə, bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 339,21 ton azdır.
Azərbaycan İrandan bu ilin yanvar-fevral aylarında ötən ilin uyğun dövrü ilə müqayisədə 360,6 ton və ya 31,2 faiz az kivi idxal edib.
2024-cü yanvar-fevral aylarında Azərbaycan İrandan 1155.79 ton kivi idxal etmişdi.
Azərbaycanın kivi idxalında İranın payı 97,3 faizdir.