BAKI, 23 aprel. TELEQRAF
Ölkəmizdə aprel ayında baş verən təbiət hadisələri istehsalçıları maliyyə itkiləri ilə üz- üzə qoyub.
Teleqraf xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Milli Məclisinin Aqrar siyasət komitəsində "Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər" mövzusunda keçirilən ictimai dinləmədə deyib.
"Yalnız aprel ayında aqrar sığorta fonduna edilən müraciətlər deməyə əsas verir ki, ölkəmizdə sığortalanmış 13 mln. manatlıq istehsala tam və ya qismən ziyan dəyib. İlin əvvəlindən isə artıq 26 milyon manatlıq istehsala ziyan dəyməsi ilə bağlı müraciətlər olub. Qeyd etmək istərdim ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdur", - deyə sədr bildirib.