BAKI, 10 aprel. TELEQRAF

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin prezidenti Samir Rzayev və İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko arasında görüş keçirilib.

Teleqraf xəbər verir ki, keçirilən görüşdə iki ölkə arasında hava əlaqələrinin gücləndirilməsi müzakirə olunub. Samir Rzayev Bakı–Milan marşrutu üzrə reyslərin sayının 1 apreldən 6-ya, 13 maydan isə gündəlik həyata keçiriləcəyini qeyd edib. O bildirib ki, 2024-cü ildə bu xətt üzrə 67 mindən çox sərnişin daşınıb.

Səfir Di Canfrançesko 2026-cı ildə İtaliyada təşkil olunacaq Qış Olimpiya Oyunlarını qeyd edərək Azərbaycan və İtaliya arasındakı uçuşlarının əhəmiyyətini xüsusilə vurğulayıb.

Görüşdə həmçinin yeni istiqamətlərin açılması və birgə təşəbbüslər müzakirə olunub.