
BAKI, 22 mart. TELEQRAF
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 13,86 min ABŞ dollar dəyərində xalçalar və digər toxunma döşəmə örtükləri ixrac edilib.
Dövlət Gömrük Komitəsindən Teleqraf-a verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 dəfə çox olub. Belə ki, 2024-cü ilin yanvar-fevral aylarında 4,11 min ABŞ dolları dəyərində xalça ixrac edilib.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycandan ixrac edilən xalçalar və digər toxunma döşəmə örtüklərinin dəyəri toplam 118,61 min dollar təşkil edib.