
BAKI, 20 mart. TELEQRAF
Birjalarda qiymətli metalın bahalaşması davam edir.
Teleqraf birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin dəyəri 1,67% artaraq 3,051.68 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,021% azalaraq 33.889 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, "Macquarie Group" gələn il qızılın unsiyasının 3500 dollara qədər bahalaşa biləcəyini proqnozlaşdırır.