
BAKI, 17 mart. TELEQRAF
İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailə işgüzar səfəri çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə İsrailin Eksklüziv İqtisadi Zonasında (EEZ) "I" Blokunda kəşfiyyat üçün lisenziyaların təqdim edilməsi mərasimində iştirak edib.
Teleqraf xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabında qeyd edib.
O bildirib ki, bu lisenziyalar SOCAR-ın beynəlxalq mövqeyinin möhkəmlənməsi və innovativ təcrübələrdən yararlanması baxımından strateji üstünlüklərə malikdir.
İsrailin Azərbaycandakı səfiri Corc Dik isə bildirib ki, enerji şirkətləri SOCAR, BP və New-Med dördüncü rəqabət prosesinin bir hissəsi olaraq İsrail sularında təbii qaz kəşfiyyatı aparmaq üçün lisenziya alıblar.