
BAKI, 17 mart. TELEQRAF
Bu ilin yanvar-fevral aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq 11 milyard 907,1 milyon manat olub.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin nominal gəlirləri hər nəfərə isə orta hesabla 1164,2 manat olub.
Əhalinin sərəncamında qalan gəlirləri 10 milyard 164,8 milyon manat təşkil edib.