BAKI, 17 mart. TELEQRAF

Ukraynada mümkün müvəqqəti atəşkəs münaqişənin dondurulması demək deyil və razılaşmaya əməl olunmasına nəzarət əsas problemə çevriləcək.

Teleqraf xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa deyib.

Diplomat qeyd edib ki, atəşkəsə nail olmaq təkcə razılaşmaları deyil, həm də onların icrasına nəzarəti əhatə edən mürəkkəb prosesdir.

Sibiqanın sözlərinə görə, bu, münaqişənin dondurulması anlamına gəlmir: “Bu, münaqişənin dondurulması demək deyil, Amerika nümayəndə heyəti ilə birgə bəyanatda qeyd olunduğu kimi, 30 günlük müvəqqəti atəşkəsdir”.

Nazir vurğulayıb ki, saziş imzalansa belə, Ukrayna və tərəfdaşları sazişlərin icrasına nəzarət etməkdə çətinliklərlə üzləşəcəklər: “Atəşkəs rejiminə nəzarət əsas məsələ olaraq qalır”.