​​BAKI, 17 mart. TELEQRAF

2025-ci ilin iki ayı ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihələrin 3,5%-i Bakı şəhəri və Abşeron iqtisadi rayonuna, 96,5%-i isə digər regionlara aiddir.

Bu barədə Teleqraf-a Fonddan məlumat verilib.

Bildirilib ki, həmin dövrdə verilmiş güzəştli kreditlərin məbləğə görə bölgüsündə isə 25,2%-i Bakı şəhəri və Abşeron iqtisadi rayonunun, 74,8%-i isə digər regionların payına düşür.