
Bakı, 17 mart. TELEQRAF
"Vətən müharibəsindən sonra Qərbi Azərbaycana qayıdış strateji hədəfimizdir".
Teleqraf xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli “Qərbi Azərbaycan mövzusu 100 ildə" keçirilən dəyirmi masada deyib.
İcma sədri xatırladıb ki, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra torpaqlarımız işğaldan azad olundu:
"Böyük qələbədən sonra Qərbi Azərbaycana qayıtmaq əsas amalımızdır. Ata-baba yurdundan qaçqın düşənlər geri dönməlidirlər. Bu onların təməl hüququdur. Beynəlxalq hüquqa söykənir".