
BAKI, 17 mart. TELEQRAF
"Rusiya ilə münasibətləri nəzərə alsaq, deməliyəm ki, istər son illərdə, istərsə də indi kiminlə, nə vaxt və hansı şəkildə danışacağına Ermənistan müstəqil qərar verir".
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Baş nazir Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasındakı son telefon danışığını şərh edərkən bildirib.
Spiker xatırladıb ki, Ermənistanın baş naziri Fransa və İran prezidentləri ilə də telefon danışıqları aparıb.
İki ölkə liderinin nədən danışdığına gəlincə, Simonyan qeyd edib ki, bu, rəsmi bəyanatda yazılıb.