BAKI, 10 fevral. TELEQRAF

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azerbaijan Technologies” firması ilə bağlı protokol tərtib edib.

Teleqraf xəbər verir ki, şirkət zəmanət talonuna qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlər daxil edib.

İstehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil etməsi səbəbindən İnzibati Xətalar Məcəlləsinin 447.0.9 maddəsi ilə cərimələnib. Qeyd edək ki, məcəllənin bu maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilirlər.

“Azerbaijan Technologies” şirkəti 1998-ci ildən Azərbaycanın İT bazarında uğurla fəaliyyət göstərir. “Aztech” şirkəti hazırda "ASUS", "Lenovo" və "MSI" brendlərinin Azərbaycanda əsas distribütorudur. Şirkətin təsisçisi və baş direktoru Zülffüqar Babayevdir.