
BAKI, 7 fevral. TELEQRAF
Vergi ödəyiciləri yanvar ayı üzrə bəyannamələrini ən geci fevralın 25-nə qədər təqdim etməlidirlər.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Belə ki, bura, uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi, əlavə dəyər vergisi (ƏDV), aksizlər, yol vergisi, mədən vergisi, daşınmaz əmlak üzrə sadələşdirilmiş vergi və pul vəsaitlərinin nağd çıxarılması üzrə sadələşdirilmiş vergi daxildir.
Qeyd edək ki, hesabat dövrü üzrə vergi ödəyiciləri tərəfindən hesabatın müəyyən edilən müddətdə təqdim edilməməsinə görə 40 manat məbləğində mailiyyə sanksiyası tətbiq edilir.