BAKI, 12 fevral. TELEQRAF
Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində keçirilməli olan "Neftçi" - "Qarabağ" oyunu təxirə salınıb.
Teleqraf xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
PFL "Qarabağ" klubunun müraciəti, "Neftçi"nin isə buna razılıq verməsi ilə bağlı rəsmi cavabı əsasında qarşılaşmanı başqa tarixdə keçirməyə qərar verib.
Görüşün daha öncə fevralın 21-də keçirilməsi planlaşdırılmışdı. Qarşılaşmanın yeni tarixi barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, "Neftçi" - "Qarabağ" matçının təxirə salınacağı barədə ilk məlumatı Teleqraf hələ fevralın 6-da oxucularına çatdırmışdı.