BAKI, 18 may. TELEQRAF
““Sabah”da olmaqdan məmnunam. Çox işləyirəm, klubumuz mənə dəstək olur. Bakını çox sevirəm”.
Bu sözləri Teleqraf-a açıqlamasında “Sabah”ın fransalı futbolçusu Aoran Maluda deyib.
20 yaşlı yarımmüdafiəçi Azərbaycandakı karyerasından məmnunluğunu bildirib.
“Çelsi”nin əfsanəvi ulduzu Floran Maludanın oğlu "Sabah"da “qızıl dubl” etdikdən sonra atasından təbrik alması barədə suala belə reaksiya verib:
“Bu titulları qazanmaq çox önəmlidir. Məni sadəcə atam yox, anam da təbrik etdi. Biz böyük ailəyik. Dostlarım, sabiq klubum “Lill”dən tanışlarım, bir sözlə, məni tanıyan hər kəs bu münasibətlə təbrik etdi”.
Ətraflı video: