BAKI, 20 may. TELEQRAF
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bildirib ki, münaqişəyə son qoymaq üçün danışıqların bir hissəsi olaraq İranın zənginləşdirilmiş uranının Rusiyaya təhvil verilməsi hazırda Birləşmiş Ştatların planlarının bir hissəsi deyil.
Teleqraf xəbər verir ki, Vens Ağ Evdə keçirilən brifinqdə jurnalistlərə bunun heç vaxt ölkəsinin planı olmadığını deyib.
"Bu, bizim hazırkı planımız deyil, heç vaxt bizim planımız olmayıb. Mən bu kimi xəbərlər görmüşəm, amma onların haradan qaynaqlandığını bilmirəm".
Vens belə bir razılaşmanın həm Vaşinqton, həm də Tehranın müqaviməti ilə üzləşəcəyini söyləyib: “İranlılar bu məsələni qaldırmayıblar. Məncə, İran buna xüsusilə meylli deyil və bilirəm ki, prezident də buna o qədər də həvəsli deyil”, - deyə o əlavə etdi.