BAKI, 18 may. TELEQRAF

Ukrayna milli komandasının baş məşqçi postunda dəyişiklik baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, italiyalı mütəxəssis Andrea Maldera Ukrayna millisinin yeni baş məşqçisi təyin olunub. O, komandanın sükanı arxasında Sergey Rebrovu əvəz edib.

Yeni baş məşqçi ilə imzalanan müqavilə 2 illik nəzərdə tutulub və tərəflər arasında razılığa əsasən anlaşmanın uzadılması ehtimalı da mövcuddur.

Qeyd edək ki, Maldera 2016–2021-ci illərdə Ukrayna millisində çalışmış Andrey Şevçenkonun məşqçilər heyətində yer alıb. Klub karyerasında isə o, köməkçi məşqçi kimi "Milan", "Marsel" və "Brayton" komandalarında fəaliyyət göstərib.