BAKI, 18 may. TELEQRAF
Azərbaycan Premyer Liqasında sonuncu - XXXIII turun oyun cədvəli müəyyənləşib.
Teleqraf Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər, klubların müraciəti, müvafiq stadionların razılığı, son tur öncəsi oyunların turnir cədvəlinə idman prinsipləri baxımından təsir etməməsi, klubların avrokuboklara idman və texniki baxımdan daha yaxşı hazırlaşması məqsədilə bəzi oyunların yeri dəyişdirilib.
Belə ki, "Kəpəz" "Neftçi"ni Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, "Turan Tovuz" isə "Sabah"ı "Bank Respublika Arena"da qəbul edəcək.
Daha əvvəl Gəncə kollektivi rəqiblərini Yevlax şəhər stadionunda, tovuzlular isə Tovuz şəhər stadionunda qəbul edib.
Azərbaycan Premyer Liqası
III dövrə, XXXIII tur
21 may
18:30. "Qəbələ" – "Şamaxı"
Qəbələ şəhər stadionu
22 may
17:00. "Turan Tovuz" – "Sabah"
"Bank Respublika Arena"
19:30. "Sumqayıt" – "Qarabağ"
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
23 may
15:00. "Kəpəz" – "Neftçi"
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
19:00. "Araz-Naxçıvan" – "Zirə"
"SOCAR Polymer Arena"
24 may
16:00. "İmişli" – "Karvan Yevlax"
Quba Olimpiya İdman Kompleksinin stadionu