BAKI, 19 may. TELEQRAF

İsrail ordusu Livanın cənubundakı döyüş zonasında daha bir itki verib.

Teleqraf xəbər verir ki, ordunun mətbuat xidmətinin məlumatına görə, 551-ci xüsusi təyinatlılar briqadasının batalyonlarından birində rota komandirinin müavini vəzifəsində çalışmış 27 yaşlı ehtiyatda olan mayor İtamar Sapir ölüb.

Onun ölümünün səbəbi açıqlanmır.

“The Times of Israel” qəzetinin məlumatına görə, İsrail və şiə təşkilatı Hizbullah arasında atəşkəs rejiminin qüvvəyə minməsindən bəri Livanın cənubunda İsrailin 8 hərbçisi ölüb.