BAKI, 19 may. TELEQRAF

Azərbaycanın iki sərbəst güləşçisi Rusiyanın Kaspiysk şəhərində keçirilmiş turnirdə bürünc medal qazanıb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat paylaşıb.

Əli Əliyevin xatirə turnirində Ruslan Abdullayev (65 kq) və Abubakr Abakarov (92 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxaraq, bürünc mükafata sahib çıxıblar.