BAKI, 20 may. TELEQRAF
Ermənistan Baş nazirin müavini Mher Qriqoryan İrəvanda rəsmi səfərdə olan Litvanın xarici işlər naziri Kestutis Budrisin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Teleqraf xəbər verir ki, Mher Qriqoryan 2019-cu il mayın 19-da iki ölkənin xarici işlər nazirləri arasında imzalanmış strateji tərəfdaşlıq haqqında birgə bəyannaməni alqışladığını bildirib.
Qriqoryan regional əlaqə gündəliyi, Ermənistanın davamlı inkişaf və sülh vizyonu barədə litvalı naziri məlumatlandırıb.
Ermənistan hökuməti tərəfindən Aİ-nin dəstəyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar kontekstində rəsmilər sektor əməkdaşlığının perspektivlərinə toxunublar.