BAKI, 19 may. TELEQRAF

Xorvatiya millisinin 2026-cı il Dünya Kuboku üçün genişləndirilmiş heyəti açıqlanıb.

Teleqraf xəbər verir ki, Zlatko Daliçin idarə etdiyi Xorvatiya millisinin üzvü olan 40 yaşlı Luka Modriç altıncı dəfə Dünya Kubokunda oynamağa hazırlaşır.

Ötən mövsüm "Jirona" və "Dinamo Zaqreb" klublarına icarəyə verilən "Fənərbaxça"nın qapıçısı Dominik Livakoviç də heyətə çağırılıb.

Millinin 26 nəfərlik heyətinə aşağıdakı oyunçular daxildir:

Qapıçılar:
Dominik Livakoviç ("Fənərbaxça"), Dominik Kotarski ("Kopenhagen"), İvor Pandur ("Hall Siti")

Müdafiəçilər:
Joşko Qvardiol ("Mançester Siti"), Duje Kaleta-Kar ("Real Sosyedad"), Josip Şutalo ("Ayaks"), Josip Stanişiç ("Bayern Münhen"), Marin Ponqraçiç ("Fiorentina"), Martin Erliç ("Midtyulland"), Luka Vuškoviç ("HSV")

Yarımmüdafiəçilər:
Luka Modriç ("Milan"), Mateo Kovaçiç ("Mançester Siti"), Mario Paşaliç ("Atalanta"), Nikola Vlaşiç ("Torino"), Luka Suçiç ("Real Sosyedad"), Martin Baturina ("Komo"), Kristijan Yakiç ("Auqsburq"), Petar Suçiç ("İnter"), Nikola Moro ("Bolonya"), Toniyeka ("Rusiya")

Hücumçular:
İvan Perişiç ("PSV"), Andrey Kramariç ("Hoffenhaym"), Ante Budimir ("Osasuna"), Marko Paşaliç ("Orlando Siti"), Petar Musa ("Dallas"), İqor Matanoviç ("Frayburq").

Qeyd edək ki, Xorvatiya L qrupunda İngiltərə, Qana və Panama ilə mübarizə aparacaq.