BAKI, 19 may. TELEQRAF
İran danışıqlarında çox yaxşı irəliləyiş var.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bildirib.
"Bir sıra məsələlərdə əhəmiyyətli irəliləyiş var. Biz sadəcə işləməyə davam edəcəyik və nəticədə ya razılığa gələcəyik, ya da yox. Düşünürəm ki, bu söhbətləri məxfi şəkildə aparmağımız vacibdir, çünki bəzən hər şeyi ictimaiyyətə açıqlayanda işlər daha da çətinləşdirir", - deyə o, Ağ Evdə keçirilən brifinqdə bildirib.