BAKI, 19 may. TELEQRAF
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə sistemləri son 48 saat ərzində İraq ərazisindən buraxılan 6 pilotsuz uçuş aparatını (PUA) ələ keçirib.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bəyanatda hava hücumundan müdafiə sistemlərinin son 48 saat ərzində İraqdan atılan və ölkədəki vacib əraziləri hədəf almağa çalışan altı pilotsuz təyyarəni zərərsizləşdirdiyi və heç bir itkinin olmadığı bildirilib.
Nazirliyin açıqlamasında həmçinin bildirilir ki, 17 may tarixində Bərəkə Atom Elektrik Stansiyasına edilən hücumla bağlı istintaq başa çatıb və sözügedən dronların İraq ərazisindən buraxıldığı müəyyən edilib.