BAKI, 20 may. TELEQRAF
İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı şiə hərəkatı Hizbullahnın əsas dayaq məntəqələrindən sayılan Deyr-Kanun yaşayış məntəqəsinə bir neçə hava zərbəsi endirib.
Teleqraf xəbər verir ki, Livan Səhiyyə Nazirliyinin məlumatına görə, hücum nəticəsində azı 10 nəfər həlak olub. Ölənlər arasında üç uşağın da olduğu bildirilir.
Nazirliyin “X” sosial şəbəkəsində yayılan məlumatında qeyd olunub ki, son sutka ərzində İsrail ordusunun Livanın cənub bölgələrinə endirdiyi aviazərbələr nəticəsində ümumilikdə 22 nəfər ölüb, 28 nəfər isə yaralanıb.
Məlumata əsasən, martın 2-dən bəri davam edən hərbi eskalasiya dövründə Livanda həlak olanların sayı 3 042 nəfərə, yaralıların sayı isə 9 301 nəfərə çatıb.
Səhiyyə Nazirliyi bəzi ərazilərdə dağıntılar altında axtarış-xilasetmə işlərinin davam etdiyini, bu səbəbdən ölən və yaralananların sayının arta biləcəyini vurğulayıb.