Qlobal Sumud Donanmasının Böhran İdarəetmə Qrupu donanmadakı gəmilərin hazırkı vəziyyəti ilə bağlı açıqlama yayıb.
Teleqraf xəbər verir ki, İsrail ordusunun beynəlxalq sularda Qəzzanın blokadasını yarmaq məqsədi daşıyan donanmadakı bütün qayıqlara qarşı qanunsuz müdaxilə edərək fəalları saxladığı qeyd olunur.
Qəzza zolağındakı blokadanı yarmaq və həyati əhəmiyyətli humanitar yardım çatdırmaq məqsədi daşıyan Qlobal Donanma İsrail ordusu tərəfindən qanunsuz müdaxiləyə məruz qaldı.
Qəzzadan 600 dəniz mili məsafədə beynəlxalq sularda baş verən hücumda İsrail ordusu 177 fəalı saxlayıb və onlara qarşı pis rəftar edib.
Mayın 18-də İsrail ordusu, Qəzzaya doğru beynəlxalq sularda üzən 39 ölkədən 426 fəalı daşıyan donanmaya yeni hücum edib və çoxsaylı fəalı qanunsuz olaraq saxlayıb.
İsrail ordusu 2025-ci ilin avqust ayında Qəzzaya doğru gedən 40-dan çox qayıqda azı 44-dən ölkədən olan 500-dən çox fəalı daşıyan gəmiləri saxlayıb.