BAKI, 19 may. TELEQRAF

Pep Qvardiola mövsümün sonunda "Mançester Siti" klubundan ayrılacağını rəhbərliyə bildirib.

Teleqraf xəbər verir ki, ispaniyalı mütəxəssisin qərarı artıq təsdiqlənib və yaxın günlərdə klub tərəfindən rəsmi açıqlama veriləcəyi gözlənilir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İddialara görə, “şəhərlilər”in rəhbərliyi yeni baş məşqçi məsələsində əsas namizədi artıq müəyyənləşdirib. Klubun sükanı arxasına gətirilməsi planlaşdırılan yeganə namizəd italiyalı çalışdırıcı Enzo Mareskadır.

Qeyd edək ki, Pep Qvardiola 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir.