BAKI, 18 may. TELEQRAF
İspaniyanın “Barselona” klubu baş məşqçisi Hansi Fliklə yeni müqavilə imzalayıb.
Teleqraf Kataloniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında 2028-ci ilə qədər anlaşma əldə olunub,
Xatırladaq ki, 61 yaşlı almaniyalı mütəxəssis 2024-cü ilin yayından Kataloniya təmsilçisini çalışdırır. Ümumilikdə, Flikin dövründə “Barselona” artıq 5 titul (İkiqat İspaniya çempionu, İkiqat İspaniya Superkuboku, İspaniya Kral Kuboku – red.) qazanıb.