BAKI, 18 may. TELEQRAF
İspaniyanın “Real Madrid” klubu komandanın kapitanı Dani Karvaxalla yolların ayrılacağını açıqlayıb.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı futbolçu üçün “Santyaqo Bernabeu” stadionunda La Liqanın son turunda keçiriləcək ev oyununda vida mərasimi təşkil olunacaq.
Dani Karvaxal “Real Madrid” klub tarixinin və dünya futbolunun ən böyük əfsanələrindən biri olub.
Qeyd edək ki, Karvaxal futbol tarixində 6 dəfə Çempionlar Liqasını qazanan beş futbolçudan biridir. O, “Real Madrid”in heyətində ümumilikdə 450 oyunda 14 qol vurub. Futbolçu İspaniya millisində isə 51 oyun keçirib, 2024 Avropa çempionatının və 2023 Millətlər Liqasının qalibi olub.