BAKI, 17 yanvar. TELEQRAF
“Sumqayıt”ın baş məşqçisi Saşa İliç "Şaxtyor"un çalışdırıcısı Arda Turanla görüşüb.
Teleqraf xəbər verir ki, "Qalatasaray"ın sabiq futbolçuları Antalyada bir araya gəlib.
Bununla bağlı İliç sosial şəbəkə hesabında paylaşım edib. Turan isə eyni fotonu paylaşaraq “Şəkilə baxan zaman bəstəni xatırlayırsınız? - “Oooo, Saşa İliç oley!” yazıb.
Görüşdə Ukrayna klubunun veteran futbolçusu və idman direktoru Dario Srna da iştirak edib.
Qeyd edək ki, həm “Sumqayıt”, həm də “Şaxtyor Donetsk” Antalyada təlim-məşq toplanışındadır.