BAKI, 17 iyul. TELEQRAF

"Dünya iqtisadiyyatında mövcud olan bütün çətinliklərə baxmayaraq, ümumilikdə ölkələrimiz arasındakı tendensiya müsbətdir".

Teleqraf xəbər verir ki, bunu Moskvada rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir dünya iqtisadiyyatında yaşanan qlobal çətinliklərə baxmayaraq, Bakı ilə Moskva arasındakı iqtisadi tendensiyanın müsbət dinamika ilə inkişaf etdiyini vurğulayıb.