BAKI, 17 iyul. TELEQRAF
Bu gün “Yüksəliş” müsabiqəsinin final mərhələsində 130 nəfər iştirak edir.
Teleqraf xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin final mərhələsində İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev deyib.
O qeyd edib ki, müsabiqəyə 17 min nəfər müraciət edib: “130 nəfərdən 119 nəfəri əvvəlki illərdə iştirak edib. Onların 26-sı qadın, 104 nəfəri kişidir. Qadınların sayının az olması bizi narahat edir".