BAKI, 6 iyul. TELEQRAF
İngiltərə millisinin hücumçusu Harri Keyn dünya çempionatlarının pley-off mərhələsində vurduğu qolların sayına görə yığmanın tarixi rekorduna şərik olub.
Teleqraf xəbər verir ki, təcrübəli forvard dünya çempionatının 1/8 finalında Meksikaya qarşı keçirilən görüşün 60-cı dəqiqəsində penaltidən dəqiq zərbə ilə fərqlənib.
Keyn dünya çempionatlarının pley-off mərhələsində vurduğu qolların sayını altıya çatdıraraq bu göstəricidə İngiltərə millisinin əfsanəvi hücumçusu Qari Linekerin rekordunu təkrarlayıb.
Hər iki futbolçu İngiltərə yığmasının tarixində mundialın pley-off oyunlarında ən çox qol vuran oyunçulardır.
"Bavariya" klubunun hücumçusunun qolu İngiltərəyə qələbə qazandırıb. Qarşılaşma ingilislərin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb və Meksika mundialla vidalaşıb.
İngiltərə millisi dünya çempionatının 1/4 finalında Norveçlə qarşılaşacaq.