BAKI, 17 iyul. TELEQRAF
Çin ABŞ-nin gömrük rüsumlarını artırmasına cavab olaraq Braziliya və digər ölkələrlə səylərini birləşdirməyə hazırdır.
Teleqraf xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Szyan bəyan edib.
O bildirib ki, Çin Braziliya da daxil olmaqla, bütün ölkələrlə birlikdə Ümumdünya Ticarət Təşkilatının əsas rol oynadığı çoxtərəfli ticarət sistemini birgə qorumağa hazırdır.
"Tarif müharibələrində qalib olmur və onlar heç bir tərəfin maraqlarına cavab vermir".
Onun sözlərinə görə, Çin digər ölkələrlə birlikdə beynəlxalq ədaləti və hüququ müdafiə etməyə hazırdır.
Bir müddət əvvəl ABŞ dövlət katibi Marko Rubio Ağ Evin Braziliyadan gətirilən malların böyük hissəsinə 25% həcmində rüsum tətbiq etmək qərarına gəldiyini açıqlamışdı.