BAKI, 11 yanvar. TELEQRAF

Münhenin “Bavariya” klubu Almaniya çempionatının 16-cı turunda “Volfsburq” üzərində 8:1 hesablı böyükhesablı qələbə qazanıb.

Teleqraf xəbər verir ki, oyunda Maykl Olise dubl edib, Luis Dias, Rafael Gerreyru, Harri Keyn və Leon Qoretzka isə hərəyə bir qol vurublar.

Qonaqların müdafiəçiləri Kilian Fişer və Moritts Yents avtoqolla yadda qalıblar, “canavarlar”ın təsəlli qolunu isə Cenan Peyçinoviç vurub.

44 xalla lider olan “Bavariya” ikinci pillədəki “Borussiya Dortmund”dan 11 xal öndədir. “Volfsburq” 15 xalla turnir cədvəlinin 14-cü yerindədir.

Növbəti turda “Bavariya” səfərdə “Köln”lə, “Volfsburq” isə evdə “Sankt-Pauli” ilə qarşılaşacaq. Matçlar yanvarın 14-də keçiriləcək.