Hindistanın Nyu-Dehli şəhərində keçirilən zorxana və pəhləvan güləşi üzrə Dünya Kubokunda Azərbaycan millisi uğurla çıxış edib.
Teleqraf xəbər verir ki, zorxana üzrə komanda yarışlarında millimiz üçüncü yerə çıxıb.
Fərdi mübarizədə isə Xəyyam Orucov bir gümüş və iki bürünc, Rəsov Səfərov üç bürünc, Nihat Qasımov üç bürünc, Tural Allahverdiyev bir bürünc medal qazanıblar.
Pəhləvan güləşi üzrə yarışlarda İbrahim Yusubov qızıl, Fərid Qazıyev isə gümüş medal əldə ediblər.
Ümumi medal sıralamasında Azərbaycan yığması Dünya Kubokunu üçüncü pillədə başa vurub