BAKI, 24 dekabr. TELEQRAF

Bu gün basketbol üzrə Azərbaycan Kubokunun (2026) püşkatma mərasimi baş tutub.

Teleqraf federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən turnirin mərhələləri və oyun cütlükləri müəyyənləşib.

1/8 final oyunları 13–14 yanvar tarixlərində keçiriləcək.
1/4 final mərhələsinin qarşılaşmaları isə 18–22 fevral tarixlərində Bakı İdman Sarayında baş tutacaq.
Qarşılaşmalar kubokun reqlamentinə uyğun olaraq bir oyun sistemi əsasında keçiriləcək.