BAKI, 8 sentyabr. TELEQRAF
2026-cı ildə Bakıda keçiriləcək SportAccord Dünya İdman və Biznes Sammitində iştirakçıların sayı açıqlanıb.
Teleqraf xəbər verir ki, bu barədə SportAccordun prezidenti Uğur Erdener jurnalistlərə açıqlamasında 2800-3000 nəfərin iştirak edəcəyini bildirib.
"Dünyanın önəmli idman adamları, o cümlədən federasiya təmsilçiləri tədbirə qatılacaqlar. Azərbaycan mediası və xalqı ilə tanış olacaqlar. Bakı çox gözəl şəhərdir. Burada bir sıra beynəlxalq idman turnirləri baş tutub. İnanırıq ki, tədbir bu dəfə də uğurla keçəcək".
Qeyd edək ki, tədbir 2026-cı ilin 24-28 may taroxlərində keçiriəcək.