BAKI, 16 dekabr. TELEQRAF

Qətərin paytaxtı Dohada FIFA-nın 2025-ci ilin "The Best" mükafatlandırma mərasimi baş tutub.

Teleqraf xəbər verir ki, mərasimdə ilin ən yaxşı futbolçusu Usman Dembele, ən yaxşı baş məşqçi isə Paris təmsilçisinin çalışdırıcısı Luis Enrike seçilb.

"The Best" mükafatının tam nəticələri aşağıdakı kimidir:

İlin futbolçusu – Usman Dembele (PSJ, Fransa).

İlin qadın futbolçusu – Aytana Bonmati ("Barselona", ​​​​İspaniya).

İlin baş məşqçisi – Luis Enrike (PSJ, Fransa).

İlin qadın məşqçisi – Sarina Viqman-Qlotzbax (İngiltərə yığması).

İlin rəmzi komandası – Canluici Donnarumma, Əşrəf Hakimi, Vilyan Paço, Virgil van Deyk, Nunu Mendeş, Kol Palmer, Cud Bellingam, Vitinya, Pedri, Lamin Yamal, Usman Dembele.

İlin qadın rəmzi komandası – Hanna Hampton, Ona Batll, İren Paredes, Lea Uilyamson, Lusi Bronz, Aytana Bonmati, Patrisiya Qixarro, Klaudiya Pina; Mariona Kaldentey, Alessiya Russo, Aleksa Putelyas.

İlin qapıçısı – Canluici Donnarumma ("Mançester Siti", İtaliya milli komandası).

İlin qadın qapıçısı – Hanna Hampton ("Çelsi", İngiltərə milli komandası).

İlin ən baxımlı qolu – Santyaqo Montiel ("İndependiente", Argentina)

İlin qadın futbolçular arasında ən baxımlı qolu – Lisbet Ovall ("Tigres", Meksika)