BAKI, 8 iyul. TELEQRAF

Hokkey üzrə rusiyalı üçqat olimpiya çempionu Vladislav Tretyak və ağır çəkidə boks üzrə dünya çempionu Nikolay Valuyev Ukraynada həbs cəzasına məhkum ediliblər.

Teleqraf TASS-a istinadən xəbər verir ki, sabiq idmaçılarla bərabər Rusiyanın 11 məmuru da saxlanılıb.

Tretyak, Valuyev, Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov və daha 9 parlamentari, eləcə də Altay diyarının başçısı Aleksandr Prokopyev Ukraynanın ərazi bütövlüyünə qəsd maddəsi üzrə təqsirli bilinir.

Məhkəmənin hökmünə görə, onları 15 il azadlıqdan məhrumetmə və əmlaklarının tam müsadirəsi cəzası gözləyir

Qeyd edək ki, Vladislav Tretyak 2003-cü ildən, Nikolay Valuyev isə 2011-ci ildən Rusiya Dövlət Dumasının deputatıdırlar. Valuyev daha əvvəl Azərbaycanda persona non-qrata elan olunub.