QUBA, 3 may. TELEQRAF

Quba Olimpiya İdman Kompleksində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku start götürüb.

Teleqraf xəbər verir ki, beynəlxalq turnirdə 10 ölkə və Beynəlxalq Cüdo Federasiyasının 2 komandasından 354 cüdoçu (213 oğlan, 141 qız) 16 çəki dərəcəsində mübarizə aparır.

Azərbaycanı bu yarışda 141 idmançı (100 oğlan, 41 qız) təmsil edir. İlk yarış günündə 8 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşəcək.

Quba Avropa Kubokuna mayın 4-də yekun vurulacaq.