MİNGƏÇEVİR, 2 may. TELEQRAF

Azərbaycan avarçəkəni Əlimurad Hacızadə “Prezident Kuboku-2025” reqatasında qızıl medal qazanıb.

Teleqraf xəbər verir ki, Hacızadə 2009-2010 təvəllüdlülərdən kayak növündə 1000 metr məsafəyə yarışda bütün rəqiblərini qabaqlayıb.

2009-2010 təvəllüdlü təmsilçilərdən İvan Vorobyanski / Hüseyn Həsənov cütü 200 metr məsafəyə kayak yarışında gümüş, Vacib Babayev / Nuran Rəhimli cütü isə bürünc medal əldə edib.

Eyni növdə 2011-2012 təvəllüdlülərdən Əziz Əhmədli / Kamal Tağıyev cütü gümüş, Sənan Cəfərzadə / Tahir Mövsumov isə bürünc medal qazanıb.

2006-2007 təvəllüdlülərin akademik avarçəkməsində Nurlan Paşayev / Cahangir Məmmədli cütü gümüş medal əldə edib.

Elvin Əliyev / Niyaz Malikov cütü (2007-2008) kanoe qayığında 200 metr məsafəyə üçüncü sırada qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan idmançıları yarışın ilk iki günündə 3-ü gümüş və 5-i bürünc olmaqla 8 medal qazanmışdı.