BAKI, 21 iyul. TELEQRAF

ABŞ İsrailə qoşunlarını Livandan çıxarmaq üçün təzyiq göstərməyi nəzərdən keçirəcək.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Livan Prezidenti Cozef Aun ilə görüşdə bildirib.

"Yaxşı, mən buna baxacağam. Mən bu barədə təzəlikcə eşitdim Biz buna baxacağıq", - deyə o, ABŞ-nin İsrailə əlavə təzyiq göstərməyə hazır olub-olmadığına dair jurnalistin sualını cavablandırarkən qeyd edib.

Qeyd edək ki, bu gün səhər saatlarında Livan ordusu İsrail qoşunlarının əvvəllər geri çəkildiyi Zutar əl-Qərbiyaya daxil olub.