DAŞKƏSƏN, 22 iyul. TELEQRAF
Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Bayan kəndində qeydə alınıb.
2003-cü il təvəllüdlü Vüsal Əsgərov bıçaqlanma diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb.
Ona ilkin tibbi yardım göstərilib. Həkimlərin məlumatına görə, vəziyyəti kafidir.
Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır. Hadisənin hansı şəraitdə və kim tərəfindən törədildiyi araşdırılır.