BAKI, 21 iyul. TELEQRAF
Almaniya kansleri Fridrix Merts Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən qeyri-rəsmi görüş barədə məlumatsız olduğunu deyib.
Teleqraf xəbər verir ki, Berlində Prezident İlham Əliyevlə birgə mətbuat konfransında Bakıda Almaniya və Rusiya nümayəndələri arasında görüşün keçirilməsi barədə sualı cavablandıran Merts bildirib:
"Mən buna çox sadə cavab verə bilərəm. Bu cür görüş haqqında mənim məlumatım yoxdur. Aylar ərzində biz Prezident Putini danışıqlara başlamaq üçün inandırmağa çalışdıq. Avropa səviyyəsində Ukrayna ilə birgə müzakirələr üçün təklifləri dəfələrlə irəli sürmüşük. Prezident Putin bu cür danışıqlarda iştirakdan imtina edir. Buna görə mən, əfsuslar olsun ki, son 14 ay ərzində söylədiklərimi yenə və yenə təkrar edirəm. Bu müharibəni bitirmək yalnız Rusiya hökuməti və Rusiya Prezidenti ilə bağlıdır. Danışıqlara getmək və lazım gələrsə, sülh danışıqlarına başlamaq yalnız ondan asılıdır. O, bundan imtina etməkdə davam edir. Nə qədər davam edərsə, Rusiya təcavüzü qarşısında Ukraynaya həyat uğrunda mübarizədə dəstək verməkdən başqa seçim yoxdur. Biz bunu edəcəyik. Biz bunu Avropa səviyyəsində əlaqələndirərək edəcəyik. Mən həmin müharibə, onun səbəbləri, gedişatı və mümkün sonu ilə bağlı oxşar mövqeyini bizimlə bölüşdüyünə görə Prezident Əliyevə olduqca minnətdaram. Bunu elə indicə bildirdim".
".
Qeyd edək ki, Prezident İlham Əliyev Bakıda Rusiya və Almaniya nümayəndələri arasında görüşün keçirildiyini təsdiqləyib. O qeyd edib ki, görüş barədə öncədən Azərbaycan tərəfinə məlumat verilməyib, bu barədə "The Times" qəzetindən məlumat alıb.